AZ

Qubada Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Qubada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiya və sənaye naziri Ləziz Kudratovun iştirakı ilə II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir.

 

Modern.az xəbər verir ki, biznes forumda hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

 

Forumun əsas məqsədi ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrini genişləndirmək, iş adamlarının əməkdaşlığı üçün münbit şərait yaratmaqdan ibarətdir. Forumda kənd təsərrüfatı, sənaye, nəqliyyat, emal sahələrində fəaliyyət göstərən iş adamları və şirkət rəhbərləri iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
modern.az

10Mənbələr