AZ

“Bu, Ukrayna dövlətinin ölümü deməkdir“ - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar verib. O, Rusiya mediasına müsahibəsində bildirib ki, "Ukraynada seçkiləri ləğv etmək üçün qanunlarla edilən bütün manipulyasiyalar bu uğursuz dövlətin ölümü deməkdir".

"Amerika lüğətindən istifadə etsək, onun klassik "failed state"ə  çevrilməsi müşahidə ediləcək", -o, deyib.

Təhlükəsizlik Şurası rəhbərinin müavini Ukrayna prezidentini patoloji yalançı və seçkilərdən qorxan qorxaq kimi xarakterizə edib. O, Vladimir Zelenskini hakimiyyəti qəsb etməkdə də ittiham edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bura olduğunu nümayiş etdirirlər. Son aylarda isə Ukraynaya Avropa qoşunlarının, xüsusən də təlimlər keçəcək hərbi birləşmələrin göndərilməsi müzakirə olunur.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
50
news365.az

10Mənbələr