AZ

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsini tələb edib

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Binayim Netanyahu, müdafiə naziri Yoav Qallant, eləcə də HAMAS liderlərindən Yahya Sinvar, Məhəmməd Diab İbrahim əl-Məsri, “Al-Qassem” briqadasının liderləri Məhəmməd Deyf və İsmail Haniyənin həbsinə order verilməsini tələb edib .

APA-nın CNN-ə istinadən xəbərinə görə, məhkəmənin baş prokuroru Karim Xan onlara qarşı insanlıq əleyhinə cinayətlər və digər epizodlar üzrə çoxsaylı ittihamlar irəli sürüb.

Xatırladaq ki, B. Netanyahu və Y. Qallant həmçinin kütləvi soyqırımı törədilməsi, müharibə dövründə işgəncə üsulu kimi insanların aclığa məhkum edilməsi, Qəzza bölgəsinə humanitar yardımların çatdırılmasına əngəl törədilməsi və digər hüquqazidd əməllərdə təqsirləndirilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
9
apa.az

10Mənbələr