AZ

BCM prokuroru Netanyahunun həbsini tələb edir


Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan ibtidai istintaq kollegiyasına müraciət edərək, İsrailin Baş naziri Benyamin Netanyahunun və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb edib.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, bu barədə BCM prokuroru öz bəyanatında bildirib.
Sənəddə qeyd edilib ki, prokurorların toplanmış sübutlar əsasında onların hər ikisinin 8 oktyabr 2023-cü ildən bəri Fələstin ərazisində (Qəzza zolağı) törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığına inanmaq üçün ciddi əsasları var.
BCM həmçinin HƏMAS-ın üç liderinin - HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın, hərəkatın hərbi qanadının komandiri Məhəmməd əd-Deyfin və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin həbsinə order verilməsini tələb edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
yeniavaz.com

10Mənbələr