AZ

İsrail və HƏMAS liderləri ilə bağlı şok gəlişmə: Proses rəsmən başlayır

Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və Fələstinin HƏMAS Hərəkatının üç liderinin həbsinə order verilməsini istəyib.

Teleqraf.com xəbər verir ki, sənəd artıq BCM-in saytında dərc olunub.

CNN yazır ki, onlar “müharibə və bəşəriyyətə qarşı cinayətlər”də ittiham edilirlər.

Beynəlxalq məhkəmənin hakimlər kollegiyası Xanın həbs qərarı üçün ərizəsinə baxacaq. Baş prokurorun sözlərinə görə, Sinvar, Haniyyə və əl-Məsriyə (HƏMAS liderləri) qarşı ittihamlar arasında “məhv etmə, qətl, girov götürmə, zorlama və həbsdə olarkən cinsi istismar” daxildir.

Netanyahu və Qalanta qarşı ittihamlara gəlincə, bunlara “məhv etmə, müharibə üsulu kimi aclıq, o cümlədən humanitar yardımdan imtina, münaqişədə mülki insanları qəsdən hədəfə almaq”la bağlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
teleqraf.com

1Mənbələr