AZ

Bu gün Zelenskinin prezidentlik müddəti başa çatır


Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də bu gün başa çatır.
Yeniavaz.com
xəbər verir ki, beş il əvvəl, 2019-cu il mayın 20-də seçkilərdə Pyotr Poroşenkoya qalib gələn keçmiş aktyor və iş adamı Volodimir Zelenski Ukrayna Prezidenti vəzifəsinin icrasına başlayıb.
Ancaq Ukraynada növbəti prezident seçkiləri keçirilməyib. Belə ki, hərbi vəziyyət və ümumi səfərbərlik əsas gətirilərək, ölkədə səsvermə ləğv edilib.
Həmçinin, Zelenski indi seçkilər üçün doğru vaxt olmadığını bildirərək, bu məsələyə son qoymaq lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2024-cü il martın 31-də, yeni seçilmiş dövlət başçısının andiçmə mərasimi isə may ayında baş tutmalı idi.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Zelenskinin dövlət başçısı kimi səlahiyyətləri başa çatdıqdan sonra legitimliyi ilə bağlı suala Ukraynanın siyasi və hüquqi sistemlərinin cavab verməli olduğunu bildirib. Rusiya lideri həmçinin bildirib ki, Ukraynanın konstitusiyasında “hər cür variantlar var” və bunu respublikanın Konstitusiya Məhkəməsi dəyərləndirməlidir.
Kremlin sözçüsü Dmitri Peskov isə öz növbəsində, Moskvanın Zelenskinin səlahiyyət müddətinin başa çatması ilə bağlı vəziyyəti təhlil edəcəyini və məsələ ilə bağlı ən qısa bir vaxtda öz mövqeyini bildirəcəyini qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
yeniavaz.com

10Mənbələr