AZ

Abituriyentlərin NƏZƏRİNƏ! - Növbəti tədris ilində bu ixtisaslara qəbul çox OLACAQ / PROQNOZ

"Proqnozumuza görə növbəti tədris ilində ən çox rəqabət birinci ixtisas qrupu üzrə mühəndislik, ikinci ixtisas qrupu üzrə hüquq olacaq və tələbələrdə ən çox bunlara maraq olacaq".

Bunu Referans.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib:

"Ali Baş Komandanın rəhbərliyi altında 30 ildən sonra işğaldan azad olunmuş tarixi torpağımızda ali təhsil mühitinin bərpa olunması olduqca böyük hadisədir. Sevindirici hal bundan ibarətdir ki, 2024-cü ilin sentyabr ayında Xankəndində ali təhsil mühiti bərpa olunacaq və burada 1200 tələbənin təhsil almasını gözləyirik. Təsdiq olunmuş qəbul plan yerinə əsasən 5 ixtisas qrupu üzrə "Qarabağ" universitetində 1200 tələbə təhsil alacaq. Bu tələbələrin hər biri dövlət sifarişli, ödənişsiz əsaslarla təhsil alacaq. "Qarabağ" universitetində 3-cü ixtisas qrupu üzrə hüquq ixtisası olacaq ki, bu kifayət qədər tələbələrin həmin ali təhsil müəssisəsinə cəlb edilməsinə səbəb olacaq. "Qarabağ" universitetində yaradılan şərait və orada tələbələrə pulsuz, yüksək standartlara cavab verən, komfort şəraiti olan yataqxanaların verilməsi, həmçinin kompüterlərin pulsuz olaraq təhsilalanlara verilməsi, 500-dən yuxarı bal toplayanlara əlavə təqaüdlərin verilməsi kifayət qədər tələbənin bura maraq oyadacağını deyə bilərik".

Ekspert bildirir ki, artıq ilkin ehtimal əsasında ki, "Qarabağ" universiteti Azərbaycan ali təhsil müəssisələri arasında yeni rəqabət mühiti yaradacaq:

"Burada oxumaq istəyən yüksək bal toplamış abituriyentlər digər universitetlərə deyil, "Qarabağ" universitetinə gedəcəklər ki, bu da ali təhsil müəssisələri arasında rəqabət mühitini formalaşdıracaq. Gələcəkdə "Qarabağ" universitetində tibb ixtisası olarsa, bu təmamilə yüksək ballı abituriyentlərin ora getməsinə gətirib çıxaracaq. Diqqəti çəkən ixtisaslar arasında müəllimlik ixtisası da var. İşğaldan azad edilmiş torpaqlarımızda pedoqoji kadrlara olan ehtiyacın aradan qaldırılmasına gətirib çıxaracaq. Ümumilikdə "Qarabağ" universitetinin məzunlarını digərlərindən fərqləndirən amil o olacaq ki, həmin məzunlar rahatlıqla işğaldan azad edilmiş tarixi torpaqlarda hək də yaşayıb, işləyə biləcəklər. Bu həmin ərazilərdə həyatın canlanmasına səbəb olacaq. Digər ixtisasların da sayını artırmalıyıq".

Müsahib qeyd edir ki, musiqi və qabiliyyət tələb edən digər ixtisasların açılması gənclərin Qarabağa getməsinə müsbət təsir göstərəcək. Müsahib deyir ki, xarici ölkələrdən tələbə qəbuluna xüsusi diqqət yetirmək lazımdır. "Qarabağ" universitetinin məzununun digər ölkələrdə işləməsi Qarabağın tanınmasına imkan yaradar.

Şəlalə Babayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
34
referans.az

10Mənbələr