AZ

Qarabağ Universitetində möhtəşəm yeniliklər - Kolleclər, SABAH qrupları...

Bu il Qarabağ Universitetinə əcnəbi tələblərin qəbul edilməsi planlaşdırılmır.

 

Modern.az-ın məlumatına görə, bunu rəsmi mətbuata müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

 

"Əcnəbi tələbə qəbulu üçün, ilk növbədə, universitet özünü tanıtmalıdır. Nəzərə alsaq ki, hələ bizim ali məktəblərimiz universitetlərdən ibarət bazalarda yoxdur. Olmamağı da normaldır, çünki hələ fəaliyyətə başlamayıb. Lakin növbəti illərdə, yəqin ki, əcnəbi tələbə qəbulu da aparılacaq", - o qeyd edib.

 

Direktor bildirib ki, Qarabağ Universitetində nəzərdə tutulan hazırkı ixtisaslar seçiləndə bir sıra faktorlar - həm regionun iqtisadi maraqları, həm mövcud kadr potensialı, həm də kifayət qədər populyar və maraq doğuran olması nəzərə alınıb.

 

"Hər bir tələbə kompüterlə təmin olunacaq"

 

"Çünki Qarabağ Universiteti hələ nəinki xaric, cəmiyyətimiz üçün də yenicə fəaliyyətə başlayan bir universitet olacaq. Əminəm ki, abituriyent olan hər bir evdə olmasa da, hər ikinci evdə variantlardan biri kimi Qarabağ Universitetinin seçilməsi də müzakirə edilir. Valideynlərin, abituriyentlərin nə qərar verəcəyini görəcəyik. Biz istəyirik ki, Qarabağ Universitetinə yüksək nəticəli abituriyentlər gəlsinlər. Təhsil tamamilə pulsuzdur. Hər bir tələbə kompüterlə təmin olunacaq. Orada yaşayışın yüksək şəraitdə və yataqxananın pulsuz olması gözlənilir. Çalışırıq ki, həm adminstrativ, həm də akademik heyətdə yaxşı kadrlar olsun", - o vurğulayıb.

 

Ülkər Səttarova müasir ixtisaslarla bağlı deyib ki, ali təhsil müəsissələri istədiyi ixtisası aça bilməz.

 

"Növbəti illərdə daha da maraqlı ixtisaslar olacaq"

 

"Nazirlər Kabinetinin müvafiq təsnifatı var və ixtisaslar həmin siyahıdan seçilməlidir. Yəni, kimsə düşünməsin ki, mövcud ixtisaslar təsadüfən seçilib. Dediyim kimi, bütün faktorlar nəzərə alınıb. Düşünürəm ki, orada hüquq fakültəsinin olması maraq doğuracaq. Çünki bu ixtisas Bakıda bir-iki ali təhsil müəssisəsində, regionlarda fəaliyyət göstərənlə arasında isə sadəcə Naxçıvan Dövlət Universitetində tədris olunur. Yəni, artıq seçim edənlər biləcəklər ki, hüquq təhsili almaq üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Pedaqoji ixtisasların olması onunla bağlıdır ki, qayıdış var, orada yeni məktəblər inşa olunur və kadr potensialına ehtiyac olacaq. Turizm ona görə seçilib ki, bölgənin kifayət qədər geniş turizm imkanları var və bu istiqamətdə ciddi işlər aparılır. Düşünürəm ki, növbəti illərdə daha da maraqlı ixtisaslar olacaq. Hələ ki, indi üçün bu ixtisaslar seçilib. Bir də ixtisaslar yaradılanda onun tədrisi üçün lazımi resursların olub-olmaması da nəzərə alınır. Bizim qısa bir müddətdə orada böyük laboratoriyalar qurmaq imkanımızın olmadığını nəzərə alsaq, deməli, ixtisas seçəndə məsələyə hərtərəfli baxmalıyıq".

Kolleclər də olacaq...

 

Agentliyin direktoru Qarabağ Universiteti daxilində kolleclərin yaradıla biləcəyini istisna etməyib.

 

"Ola bilər Qarabağ Universiteti nəzdində kollec yaradılsın, müstəqil fəaliyyət göstərsin, ixtisaslar dəyişdirilməklə yaradılsın və s. Lakin işğaldan azad edilmiş ərazilərimizdə peşə məktəblərimiz də, orta ixtisas müəssisələrimiz də olacaq", - Ülkər Səttarova əlavə edib.

 

Onun sözlərinə görə, Qarabağ Universitetinin müəyyən mənada SABAH layihəsi ilə bağlılığı gözlənilir: "Planda SABAH qruplarının əhatə dairəsinin genişləndirilməsi də var".

 

Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".

 

Universitetin qəbul planı da artıq təsdiqlənib. Məlumata görə, ali təhsil müəssisəsində aşağıdakı ixtisaslar olacaq:

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
34
modern.az

10Mənbələr