AZ

"Qarabağ Universitetinin əsas hədəfi beynəlxalq reytinqdə olmaqdır" - Kamran Əsədov

Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinə qəbul planının təsdiqləndiyini deyib.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, bu, Azərbaycandakı ali təhsil məkanında yeni rəqabət yaradacaq. Yüksək ballı abituriyentlər Qarabağ Universitetində oxumaq istəyəcək. Qarabağ Universitetinin əsas hədəfi beynəlxalq reytinqdə olmaqdır.Burada müasir standartlara cavab verən laboratoriya və kitabxanalar qurulmalıdır ki, xaricdən gələn tələbələrə daha çox maraqlı olsun:

"İlk növbədə qeyd edim ki, 30 il sonra Azərbaycanın tarixi torpaqlarında ali təhsilin bərpa olunması olduqca böyük hadisədir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bizim ali təhsil müəssisələrimizdə 87min tələbə təhsil alır. Tarixi torpağəmız olan xankəndində Qarabağ Universitetinin fəaliyyətət göstərməsi böyük hadisədir. Qarabaga qəbul plan yeri 2024-cü il üçün 1200 olaraq proqnozlaşdırılıb və bu, həmin ərazidə kadra olan ehtiyacın aradan qalxmasına öz töfhəsini verəcək. İkinci vacib məqam burada çalışacaq müəllim heyəti ilə bağlıdır. Qarabağ Universitetinin qrup rəhbəri artıq təsdiq edilib və bu, olduqca yaxşı haldır. Burada tələbələrin hər biri təkcə ödənişsiz oxumayacaq,həm də kompüter və yataqxana da pulsuz olacaq. Tələbələrin xərci demək olar olmayacaq. Universitetdə beynəlxalq standartlara uyğun laboratoriya qurulub. Ərazidə müsbət təhsil mühitini qurmağa imkan verir. Qarabağ Universitetinin əsas hədəfi beynəlxalq reytinqdə olmaqdır. Bu həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töfhə verəcək. Ən vacib məqam xaricdən gələn tələbələrin Qarabağ Universitetinə qəbul məsələsidir. Həmçinin tədrisin ingilis bölməsinin olmasına diqqət yetirmək lazımdır. Burada müasir standartlara cavab verən laboratoriya və kitabxanalar qurulmalıdır ki, xaricdən gələn tələbələrə daha çox maraqlı olsun. Bu həm universitetin reytinqi, həm keyfiyyəti üçün vacibdir. Bizim universtetlərimizdə bu yoxdur. Bu, Azərbaycandakı ali təhsil məkanında yeni rəqabət yaradacaq. Çünki yüksək ballı abituriyentlər Qarabağ Universitetində oxumaq istəyəcək. Bu, Bakıdakı 12200 tələbənin Qarabağa getməsi deməkdir. Orada çalışacaq müəllim heyətinin yığılma prosesi yekunlaşmaq üzrədir. Ən azından orada beynəlxalq elmi konfranslar keçirib beynəlxalq aləmdə tanınması istiqamətində işlər görülməlidir".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
34
big.az

10Mənbələr