AZ

İlham Əliyev və Lukaşekonun qida sərgisində səmimi DİALOQU - FOTO/VİDEO 

Xəbər verdiyimiz kimi mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov fəxri qonaqları Belarus tərəfdən eksponatlar və sərgi iştirakçıları ilə ətraflı tanış edib.

Daha sonra Prezident İlham Əliyevə xatirə olaraq şokolad kitabı hədiyyə edilib. Bu zaman isə dövlət başçıları arasında maraqlı dialoq olub. 

“Prezident bu dadlı hədiyyəni dərhal qəbul edəcək, əks halda...” , - deyə Belarus lideri Aleksandr Lukaşenko sözə başlayıb.

İlham Əliyev isə cavabında “əks halda, onu yeyəcəklər!", deyə gülümsəyərək bildirib.

Həmçinin Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov Azərbaycan Prezidentindən xüsusi hazırlanmış şokolad buketini Birinci Xanım Mehriban Əliyevaya təqdim etməsini xahiş edib: 

“Biz bilirik ki, Mehriban xanım ağ rəngli qızılgülləri çox sevir, odur ki, xüsusi olaraq Mehriban xanım üçün bu yeməli buketi hazırlatmışıq. Hədiyyəmizi xanımınıza təqdim etməyinizi rica edirik”.

Belarus Respublikasının Milli Qrupunun qida məhsulları stendləri ilə tanış olan dövlət başçılarının diqqətinə çatdırılıb ki, stendlərdə 40-a yaxın şirkət, o cümlədən “Gomselmash”, “Brestmiasomolprom” zavodları, Slutsk pendir fabriki, Minsk süd kombinatı, Qrodno ət-qablaşdırma, Volkovysk və Mogilev ət emalı zavodları, “Belvetfarma”, “Belqospişçeprom”, “Belinterexpo”, “Bresteysky pekar”, “Bremor”, “Brestmeat”, “Brestmiasomolprom”, “Slodych”, “Spartak”, “Algon”, “Grodno azot” və digər şirkətlər öz məhsullarını təqdim edir.

Belə ki, stendlərdə müəssisələrin qənnadı məmulatları, pastil-marmelad məhsulları və şirniyyat məhsulları nümayiş etdirilir. 

Dövlət başçılarının səmimi dialoqunun əks olunduğu video görüntüləri təqdim edirik: 
 




Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
47
bizim.media

10Mənbələr