AZ

Zəngəzur oyunu: Ermənistandan hiyləgər gediş – "Yaxın 3-5 il ərzində sərhəddə…"

Zəngəzur oyunu: Ermənistandan hiyləgər gediş – "Yaxın 3-5 il ərzində sərhəddə…"

Rusiya sərhədçilərinin Zəngəzur vilayətindəki postları bağlayıb ərazini tərk etməsi prosesi davam edir. Diqqətçəkən məqam rus hərbçilərinin Ermənistanın Türkiyə və İran sərhədində xidmətə davam etməsidir.

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Zəngəzurdan qoşunların çıxarılması prosesi Ermənistanda son 6 aydır davam edən müzakirələrin nəticəsidir:

"Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın son Moskva görüşündə əldə edilən razılığa görə, 2020-ci ildə Azərbaycanla sərhədə yerləşdirilmiş rus hərbçiləri buradan çıxarılmalı və Türkiyə ilə İran sərhədinə aparılmalıdır. Bu isə Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması mənasına gəlməməlidir. Sadəcə sərhəd nəzarət məntəqələrinin yerlərini dəyişdirirlər.

Ermənistanın İran və Türkiyə ilə sərhədindən rus hərbçiləri çıxarıla bilməz, çünki onların İrəvan üçün alternativi yoxdur. Heç öz qoşunları da bu vəzifəni yerinə yetirmək potensialında deyil. Ən azı 3-5 ilə qədər vaxt lazımdır ki, əvəzedici heyət yaradılsın".

Hərbi ekspertin sözlərinə görə, Rusiya ilə Ermənistan arasında əsas müzakirə mövzusu Zəngəzur dəhlizinin açılmasıdır:

"Rusiya burada üçtərəfli bəyanata əsaslanır. Həmin istiqamətdə nəzarəti öz üzərinə götürməkdə maraqlıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
13
sonxeber.az

10Mənbələr