AZ

AFFA-nın danışıq apardığı məşqçi Bakıya GƏLİR

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna əsas namizəd bəlli olub. 

Bizim.Media Slovakiya mətbuatına istinadən xəbər verir ki, bu Vladimir Vaysdır. 

Hazırda yerli “Slovan” klubunda çalışan mütəxəssislə ilkin olaraq danışıqlar federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev tərəfindən aparılıb. İndi isə danışıqların davamı olaraq Vays Bakıya dəvət edilib. Onun yaxın günlərdə paytaxtımıza gələrək AFFA rəhbərliyi ilə danışıqları davam etdirməsi gözlənilir.  
AFFA 60 yaşlı sükançıya 4 illik (2+2) illk müqavilə təklif eləyib. Ancaq onun “Slovan”la müqaviləsi olduğuna görə federasiya kluba kompensasiya ödəməlidir. Hazırda bu məbləğın müəyyənləşdirilməsi üçün danışıqlar davam edir. 

Qeyd edək ki, Vays məşqçilik karyerasına “Artmedia”da başlayıb. 10 il Petrjalka təmsilçisini (1996-2006) çalışdırıb. Növbəti ili Rusiyada – “Saturn”da keçirib.

2007-ci ildə yenidən “Artmedia”ya qayıdıb, 2008-ci ildə isə Slovakiya yığmasının sükanı arxasında əyləşib. 2011-ci ildə millini “Slovan”a dəyişib. 2013-2015-ci illər aralığında “Kayrat”da (Qazaxıstan) fəaliyyət göstərib. 2016-2020-ci illəri Gürcüstan kopmandasında keçirib. 2021-ci ildən bu tərəfə “Slovan”da işləyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
14
bizim.media

7Mənbələr