AZ

Avropa klubları “Araz Naxçıvan”ın üzvü ilə MARAQLANIR

“Araz Naxçıvan” klubunun futbolçusu Turan Manafov klubu tərk edəcək. 

Bizim.Media xəbər verir ki, 25 yaşlı müdafiəçi karyerasını ölkə xaricində davam etdirmək istəyir.

Slovakiyanın “Spartak” Trnava və Polşanın “Qurnik” klubları futbolçuya maraq göstərir. Hazırda futbolçunun meneceri mümkün transferlə bağlı həmin klublarla danışıq aparır. 

Qeyd edək ki, Turan Manafov artıq bir dəfə legioner həyatı yaşayıb. O, 2022-ci ildə Yunanıstanın birinci divizionunda mübarizə aparan “Volos”da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
32
bizim.media

10Mənbələr