AZ

“Turan Tovuz” səfərdə “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO 

Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ilk oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. 

Qarşılaşma Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb. Günün digər oyunu “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək. Daha öncə “Neftçi” “Kəpəz”ə 5:1 hesabıyla qalib gəlib. 

Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

Premyer Liqa

34-cü tur

11 may

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1

Qol: Alexandro Serrano, 63.

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.

Mərdəkan. “Dalğa Arena”, 17:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo.
Baş məşqçi: Elmar Baxşıyev.

Turan Tovuz: 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 57. Cavid Qasımov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.
 

Rəşad Rafiqoğlu, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
301
14
bizim.media

7Mənbələr