AZ

ISW: Rusiya Müdafiə Nazirliyində dəyişikliklər uzun sürən müharibəyə hazırlığın əlamətidir

 

Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi və Sergey Şoyqunun Andrey Belousovla əvəzlənməsi onu göstərir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uzun sürən müharibəyə və gələcəkdə NATO ilə qarşıdurmaya hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə mərkəzi Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstiturunun (ISW) hesabatında deyilir.

Ekspertlər hesab edirlər ki, Belousovun müdafiə naziri vəzifəsinə təyin edilməsi uzun sürən münaqişə üçün bütün iqtisadi şəraitin yaradılması istiqamətində mühüm addımdır. Belousovun hərbi təcrübəsi yoxdur, lakin bunu anormal adlandırmaq olmaz, çünki Şoyqunun da orduda xidmət təcrübəsi olmayıb.

Belousovun iqtisadi inkişaf naziri kimi təxminən on il işləməsi və müxtəlif innovasiya layihələrinin, o cümlədən pilotsuz təyyarələrin inkişafının idarə edilməsində iştirakı onu bu vəzifəyə hazırlayıb.

Üstəlik Şoyqunun dövründə korrupsiya ittihamları ilə üzləşən nazirlik kəskin tənqidlərə məruz qalan dövlət qurumlarının başında gəlib.

Belousov səmərəli texnokrat kimi daha yaxşı reputasiyaya malikdir və mənbələr onun Putinlə yaxşı münasibətdə olduğunu deyirlər.

“Putin çox güman ki, Belousovun təcrübəsindən hərbi və iqtisadi siyasətləri birləşdirmək üçün istifadə etmək niyyətindədir. Bu səylər Kremlin Ukraynada uzun sürən müharibəyə hazırlaşmağa davam etdiyini göstərir”,-deyə  ISW yekunlaşdırır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
21
musavat.com

10Mənbələr