AZ

Yeni təyinat uzunmüddətli müharibə mənası verir - Rəy

Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi və Sergey Şoyqunun Andrey Belousovla əvəzlənməsi onu göstərir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uzun sürən müharibəyə və gələcəkdə NATO ilə qarşıdurmaya hazırlaşmaq üçün addımlar atır.

Yenisabah.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Ekspertlər hesab edirlər ki, Belousovun müdafiə naziri vəzifəsinə təyin edilməsi uzun sürən münaqişə üçün bütün iqtisadi şəraitin yaradılması səylərində mühüm hadisədir. Doğrudur, Belousovun hərbi təcrübəsi yoxdur, lakin bunu anormal adlandırmaq olmaz - Şoyqunun orduda xidmət təcrübəsi də yox idi.

"Belousovun iqtisadi inkişaf naziri kimi təxminən on il işləməsi və müxtəlif innovasiya layihələrinin, o cümlədən pilotsuz təyyarələrin inkişafının idarə edilməsində iştirakı onu Şoyqunun dövründə korrupsiya ittihamları ilə üzləşən və kəskin tənqidlərə məruz qalan departamentə rəhbərlik etməyə hazırladı.

Yeni nazir səmərəli texnokrat kimi daha yaxşı reputasiyaya malikdir və mənbələr onun Putinlə yaxşı münasibətdə olduğunu deyirlər.

Putin çox güman ki, Belousovun təcrübəsindən hərbi və iqtisadi siyasətləri birləşdirmək üçün istifadə etmək niyyətindədir. Bu səylər Kremlin Ukraynada uzun sürən müharibəyə hazırlaşmağa davam etdiyini göstərir", - deyə ISW hesabatdakı rəyini yekunlaşdırır.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
21
yenisabah.az

10Mənbələr