AZ

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır – ISW

Amerika Müharibə İnstitutu (ISW) yazır ki, Rusiya Müdafiə Nazirliyinin yenidən təşkili və Sergey Şoyqunun Andrey Belousovla əvəzlənməsi Rusiya prezidenti Vladimir Putinin Ukraynada uzun sürən müharibə və NATO ilə gələcək qarşıdurma istiqamətində addımlar atdığını göstərir.

Ekspertlər bildirirlər ki, Belousovun müdafiə naziri təyin edilməsi uzun sürən münaqişə üçün iqtisadi şəraitin yaradılması baxımından mühüm hadisədir. Belousovun hərbi təcrübəsi yoxdur, lakin bunu anormal hesab etmək olmaz. Şoyqunun orduda xidmət təcrübəsi də yox idi.

Təxminən on ilə yaxın iqtisadi inkişaf naziri vəzifəsində çalışmış və müxtəlif innovasiya layihələrinin, o cümlədən pilotsuz təyyarələrin yaradılmasının idarə edilməsində iştirak etmiş Belousov Şoyqunun dövründə korrupsiya ittihamları və tənqidlərlə üzləşən şöbəyə rəhbərlik etməyə hazır idi.

Belousov daha çox səmərəli texnokrat kimi reputasiyaya malikdir və mənbələr onun Putinlə yaxşı münasibətdə olduğuna əmindirlər.

Putin çox güman ki, Belousovun təcrübəsindən hərbi və iqtisadi siyasəti birləşdirmək üçün istifadə etmək niyyətindədir. ISW qeyd edib ki, bu səylər Kremlin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmağa davam etdiyini göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
21
veteninfo.az

10Mənbələr