Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.

Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir.