AZ

Xarkov cəbhəsində son vəziyyət açıqlandı - DÖYÜŞLƏR DAVAM EDİR

Xarkov vilayətində, Rusiya ilə sərhəddə yerləşən ərazilərdə döyüşlər davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün Telegram səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu həftə Xarkov vilayətində vəziyyət xeyli pisləşib.

Sırski qeyd edib ki, vəziyyət ağırdır, lakin Ukrayna Müdafiə Qüvvələri müdafiə xətlərini və mövqelərini qorumaq, düşməni məğlub etmək üçün hər şeyi edir.

Cəbhənin bəzi bölgələrində düşmən qismən uğur qazanır. Bununla belə, digər ərazilərdə Ukrayna hərbçiləri düşməni sıxışdırıb, taktiki mövqelərini yaxşılaşdırır.
General bildirib ki, Kupyansk, Severski, Liman, Pokrovski istiqamətlərində qaynar döyüşlər davam edir və vəziyyət çox dinamik şəkildə dəyişir.

Həmçinin düşmən Kramatorsk istiqamətində Çasovoy Yar istiqamətində irəliləmək cəhdlərindən əl çəkmir. Ruslar şəhərin şərqində hücum əməliyyatlarını davam etdirirlər. Bundan əlavə, işğalçılar Baxmut yaxınlığındakı Kleşçievka ərazisində itirilmiş mövqelərini bərpa etməyə çalışırlar.

"Cəbhədəki çətin vəziyyətə baxmayaraq, hərbi qulluqçuların istirahəti üçün bölmələr rotasiya olunur və briqadaların döyüş effektivliyi bərpa edilir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
48
bizim.media

10Mənbələr