AZ

Sərtan Taşkın mövsümün son matçında 15 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün sonuncu – 34-cü turu çərçivəsində baş tutan “Şanlıurfaspor”la oyunun iştirakçısı olub.

“Manisa” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Futbolçumuzun komandası hər hissədə bir qol buraxıb.

Taşkın bu oyunun 76-cı dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 15 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.

34 oyunda 40 xal toplamış “Manisa” 2023/2024 mövsümünü 18 iştirakçı arasında 12-ci pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
4
arena.az

10Mənbələr