AZ

Sərtan Taşkın oynadı, Coşqun Diniyev izlədi

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 26-cı turu çərçivəsində baş tutan “Ümraniyəspor”la oyunun iştirakçısı olub.

Hansı ki, bu komandanın da heyətində yığmamızın digər üzvü Coşqun Diniyev forma geyinir.

“Manisa” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Taşkın bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Diniyev isə bu dəfə sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 7 matça çıxıb, 2 sarı, 2 qırmızı vərəqə alıb.

Coşqun Diniyev isə “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 24 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

26 turdan sonra “Manisa” 31 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “Ümraniyəspor” isə 30 xalla 13-cüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
3
arena.az

10Mənbələr