AZ

Sərtan Taşkın “Eyüpspor”a qarşı 90 dəqiqə oynadı - Video

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 30-cu turu çərçivəsində baş tutan “Eyüpspor”la oyunun iştirakçısı olub.

“Manisa” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. 13-cü və 20-ci dəqiqələrdə buraxılmış qollarla məğlub duruma düşən Sərtanın komandası 32-ci dəqiqədə fərqi azaldıb, 47-ci dəqiqədə isə bərabərliyə nail olub.

Taşkın bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 11 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.

30 turdan sonra “Manisa” 33 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
4
arena.az

10Mənbələr