Braziliyada leysan yağışlarının səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 84-ə yüksəlib.
Missiya.Az Dövlət Mülki Müdafiəsinin açıqlamasına istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən sellər nəticəsində can və mal itkiləri artır.
İtkin düşənlərin sayının isə 111-ə yüksəldiyi bildirilib.
Məlumata görə, 121 min 957 nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az