AZ

“Xəzər” Lənkəran liqada çıxış edəcək? - Sabiq mətbuat katibindən AÇIQLAMA

“KİV-də Lənkəranı təmsil edəcək futbol komandasının hər hansı liqada çıxış edəcəyi haqqında yayılan məlumatlar faktlara söykənmir. Çünki bu barədə konkret bir addım da atılmayıb.”

Bu barədə Bizim.Media-nın Cənub bürosuna Lənkəranın “Xəzər” futbol klubunun keçmiş mətbuat katibi, hazırda müstəqil idman eksperti kimi fəaliyyət göstərən Hüseyin Cəbrayıloğlu verib.

Hüseyin Cəbrayıloğlu hələlik üfiqdə liqada təmsil oluna biləcək Lənkəran komandasının görünmədiyini bildirərək bu informasiyaların rəsmi faktlara söykənmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, son günlər müxtəlif KİV-də, növbəti mövsümdə ilk dəfə olaraq, Üçüncü Liqanın yaradılacağı və Lənkəran komandasının da burada təmsil oluna biləcəyi barədə informasiyalar yayılıb.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
24
Mənbələr
Şərh ()
Bağla