AZ

Mübariz Mənsimov “Xəzər Lənkəran”ı bu şəxsə tapşırdı

Türkiyədə yaşayan və fəaliyyət göstərən Mübariz Mənsimov “Xəzər Lənkəran” üzrə öz nümayəndəsini təyin edib.

Həmin şəxs Paşa Paşayevdir.

Tanınmış iş adamı eyniadlı klub və stadionla əlaqəli bütün məsələləri ona tapşırıb.

Paşayev kimdir? Əlimizdə olan məlumat ondan ibarətdir ki, o, uzun müddət “Palsüd“də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bir ara kənarda qalsa da, Mənsimov tərəfindən geri qaytarılıb.

“Xəzər Lənkəran”fəaliyyətini yenidən bərpa etməsi barədə hələ AFFA-nə məlumatlandırmayıb.

Bugünlərdə 20 yaşı olan klub quruma rəsmi, yaxud şifahi formada federasiyaya müraciət etməyib. Qurumdan bildirilib ki, əgər qarşıdakı günlərdə belə bir məktub gələrsə, rəhbərlik məsələni müzakirəyə çıxarmağa hazırdır.

2004-cü ildə əsası qoyulan cənub təmsilçisi 2016-cı ildə tarixə qovuşub.

12 illik dönəmdə 1 dəfə Azərbaycan çempionu titulunu qazanan, 2 dəfə də ölkə kubokunu başı üzərinə qaldıran “ağ-yaşıllar”ın faəliyyətini dayandırmasına səbəb Mübariz Mənsimovla Rövnəq Abdullayevin münasibətlərinin pozulmasıdır.

Klubun sahibi ilə AFFA-nın ovaxtkı prezidentinın biznes əlaqəıləri kəsiləndən sonra “Xəzər Lənkəran” bu vəziyyətə qalıb.

2016-cı ildə Premyer Liqda sonuncu yeri tutan komanda I Liqada iştirakdan imtina edib və həmin tarixdən bəri ölkə çempionatında yarışmayıb.

Yalnız bu aralar - R.Abdullayev aprelin 2-də AFFA prezidenti postunu tərk edincə, “Xəzər Lənkəran”ın dönüşü barədə mediada çoxsaylı məlumatlar yer alıb.

Bütün bunlar haqda ətraflı məlumat almaq məqsədilə ”Palmali”nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fidan Quliyevlə əlaqə saxlamaq istədik.

Press-ateşe sorğumuzu cavabsız buraxdı.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3365
24
Mənbələr
Şərh ()
Bağla