AZ

ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO

Azərbaycanın ABŞ-dəki səfirliyi Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
 
Bununla bağlı səfirliyin “X” hesabında paylaşım edilib.
 
“Hyuston və ətraf ərazilərdə yaşayan vətəndaşlarımızın nəzərinə!
 
Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaq.
 
Müraciət etmək üçün [email protected] ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”, - deyə paylaşımda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
11
moderator.az

10Mənbələr