Azərbaycanın ABŞ-dəki səfirliyi Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bununla bağlı səfirliyin “X” hesabında paylaşım edilib.
“Hyuston və ətraf ərazilərdə yaşayan vətəndaşlarımızın nəzərinə!
Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaq.
Müraciət etmək üçün consul@azembassy.us ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”, - deyə paylaşımda bildirilib.