AZ

Səfirlik Hyustonda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

ABŞ-dakı səfirliyimiz Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Busaat.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, mayın 8-də səfirlik ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil edəcək: “Müraciət etmək üçün consul@azembassy.us ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
11
busaat.az

10Mənbələr