AZ

Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan 31 erməni sakini tutulub- VİDEO

Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndinin 31 sakini tutulub. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata  görə, sakinlərkən giriş yolunu bağlayıblar.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.
 
Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.




Aytac Zeynalova


www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
Mənbələr
Şərh ()
Bağla