AZ

TDT Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayır

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayır.

Bunu “Report”a açıqlamasında TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

“TDT bunu alqışlayır. Bu proses başlamalı idi və bu proses bizi sevindirir”, - o vurğulayıb.

Qeyd edək ki, 224-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
Mənbələr
Şərh ()
Bağla