AZ

ABŞ, Böyük Britaniya və Aİ Rusiya ilə ticarətlə bağlı BƏƏ-yə təzyiq göstərir

ABŞ, Böyük Britaniya və Aİ ölkələrinin rəsmiləri Rusiya ilə ticarət əməkdaşlığına görə BƏƏ-yə təzyiq edir...Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Qərb ölkələri ərəb şirkətlərinin Rusiyaya ikili təyinatlı malların tədarükündə iştirak etdiyindən narahatdırlar.Reuters Agentliyinin mənbələri bildiriblər ki, keçən həftə bir neçə Qərb rəsmisi BƏƏ-yə səfər edib və burada yerli hakimiyyət orqanları ilə bir sıra görüşlər keçiriblər. Onlar BƏƏ nümayəndələrindən Rusiyaya ixrac və ikili təyinatlı malların təkrar ixracı ilə bağlı məlumatları paylaşmağı xahiş ediblər. Onlar həmçinin azad iqtisadi zonalarda fəaliyyət göstərən şirkətlərə nəzarət barədə məlumat istəyiblər. Agentlik mənbələrinin məlumatına görə, Qərb rəsmiləri hərbi sahədə istifadə oluna bilən kompüter çipləri, elektronika, avadanlıq və digər malların Rusiyaya ötürülməsindən narahatdırlar.BƏƏ nümayəndəsi Reuters-ə danışıqlar faktını şərh etməyib. Eyni zamanda o, ölkədə ikili təyinatlı məhsulların ticarətinə qadağa qoyulduğuna diqqət çəkib. Nümayəndə əlavə edib ki, ilkin məlumatlara görə, bu il bu növ məhsulun ixracı və ya təkrar ixracı qeydə alınmayıb.Britaniya Xarici İşlər Nazirliyi Reuters agentliyinə bildirib ki, ABŞ, Böyük Britaniya və Aİ rəsmiləri Rusiyaya sanksiya tətbiq edilən malların tədarükünün qarşısını almaq üçün tədbirləri gücləndirmək üçün keçən həftə BƏƏ-yə səfər ediblər. Dövlət Departamenti həmçinin ABŞ rəsmilərinin BƏƏ-nin ikili təyinatlı malların ticarəti ilə bağlı narahatlıqları səbəbindən bu ölkəyə səfər etdiyini təsdiqləyib. Britaniya və Amerika tərəfləri başqa təfərrüatları açıqlamayıblar.Qeyd edək ki, mayın 1-də ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Məhdudiyyətlər müxtəlif ölkələrdən olan 29 fiziki və 250-dən çox hüquqi şəxsə, o cümlədən BƏƏ-dən üç şirkətə şamil edilib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
3
Mənbələr
Şərh ()
Bağla