AZ

ABŞ Rusiya almazına sanksiya qərarına yenidən baxır?

ABŞ hakimiyyəti Rusiya almazlarına tətbiq edilən məhdudiyyətləri yenidən nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Vaşinqtondakı mənbələrinə istinadən Reuters məlumat yayıb.

Məlumatda bildirilir ki, almaz sənayesində çalışan şirkətlər məhdudiyyətlərdən narazıdılar. Vaşinqton G7 bazarlarına daxil olan almazların mənşəyinə nəzarətin gücləndirilməsi ilə bağlı Yeddilik Qrupu (G7) ölkələrinin işçi görüşlərində iştirakdan imtina edib. Anonimlik şərti ilə danışan ABŞ administrasiyasının rəsmisi "Rusiyaya zərər verməklə tədbirlərin həyata keçirilməsini təmin etmək arasında düzgün tarazlığı tapdığımızdan əmin olmaq istəyirik" deyib.

Amerika rəsmisi Hindistan, BƏƏ və bəzi Afrika ölkələrinin G7-nin bu sahədə fəaliyyətlərindən açıq şəkildə narahat olduqlarına diqqət çəkib. Bundan əlavə, məhdudiyyətlər ABŞ-ın almaz sənayesində də narahatlıq yaradıb.

Xatırladaq ki, 2023-cü ilin dekabrında G7 ölkələri 2024-cü il yanvarın 1-dən Rusiyada hasil edilən və ya emal edilən almazların idxalına məhdudiyyətlər tətbiq olunduğunu elan ediblər. Martın 1-dən digər ölkələrdə emal edilən rus almazlarına da məhdudiyyətlər qüvvəyə minib. Birgə bəyanatda G7 liderləri 2024-cü il sentyabrın 1-dək G7 çərçivəsində kobud almazların yoxlanılması və sertifikatlaşdırılması üçün “möhkəm mexanizm” yaratmağa razılaşıblar.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar, martın əvvəlində Aİ və G7-nin Rusiya almazlarına tətbiq etdiyi məhdudiyyətlərin qüvvəyə minməsinin Hindistan almaz sənayesinə zərər vurduğunu bildirib. O qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar çərçivəsində Rusiya almazlarının idxalına qoyulan qadağa Aİ və G7 ölkələrinə təsir etmir, onlar yalnız istehlakçılardır və onların əhalisinin məşğulluğu bundan asılı deyil.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
3
musavat.com

3Mənbələr