AZ

Milli üzvləri ilə görüş

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

Msport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya rəsmisi yığmanın Qızıl Avropa Liqasına hazırlıq prosesi ilə tanış olub, voleybolçularla söhbət edib və onların səhhəti ilə maraqlanıb.

Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Ş.Bağırov millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını ifadə edib, voleybolçulara uğurlar arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
4
msport.az

10Mənbələr