Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqası üçün hazırlıqlara start verən qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.
AVF-dən AZƏRTAC-a bildiriblər ki, federasiya rəhbəri voleybolçularla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Milli komandanın baş məşqçisi Faiq Qarayev Ş. Bağırova hazırlıq prosesi barədə ətraflı məlumat verib.
AVF-nin prezidenti yığmanın qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçulara yarışda uğurlar arzulayıb.