AZ

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub - FOTOLAR

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqası üçün hazırlıqlara start verən qadınlardan ibarət millinin üzvləri ilə görüşüb. AVF-dən SİA-ya bildiriblər ki, federasiya rəhbəri voleybolçularla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Milli komandanın baş məşqçisi Faiq Qarayev Ş. Bağırova hazırlıq prosesi barədə ətraflı məlumat verib.

AVF-nin prezidenti yığmanın qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçulara yarışda uğurlar arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
4
sia.az

10Mənbələr