AZ

“Gürcüstanın Aİ namizədliyi ləğv olunsun” – “Xarici agent qanunu” Tbilisiyə baha başa gəlir

“Xarici agentlər” haqqında qanun ətrafında yaranan vəziyyət və davam edən etiraz aksiyaları Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyinə zərbə vura bilər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tbilisidə etirazçılara qarşı təhlükəsizlik qüvvələrinin güc tətbiq etməsindən sonra Avropa Parlamentində Gürcüstanın Aİ üzvlüyünə namizəd statusundan məhrum edilməsinə dair çağırışlar səsləndirilməyə başlayıb.

Avropa Parlamentinin üzvü Viola fon Kramon bildirib ki, Gürcüstanda “xarici agentlər” qanununa qarşı dinc nümayiş keçirən etirazçılara qarşı zorakılıq konkret nəticələrlə üzləşməlidir. O, Twitter-də (X) Gürcüstanın ötən ilin dekabrında aldığı Aİ-yə namizəd statusunu ləğv etməyə çağırıb.

Avropa Parlamentinin deputatı həmçinin Gürcüstana aid layihələrin Avropa tərəfindən maliyyələşdirilməsini dayandırmağı, rusiyayönlü oliqarx və hakimiyyətdəki partiyanın faktiki lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyi, eləcə də sözügedən qanuna səs verən deputatların Avropaya girişini qadağan etməyi təklif edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
15
Mənbələr
Şərh ()
Bağla