AZ

Gürcülər “xarici agentlər haqqında” qanuna görə yenidən küçələrə axışıb

Gürcüstan qeyri-hökumət təşkilatlarının (QHT) yüzlərlə nümayəndəsi “xarici agentlər” qanun layihəsinə etiraz etmək üçün Tbilisidə Birinci Respublika meydanından parlament binasına qədər yürüş keçirib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə TASS məlumat yayıb.


Yürüş iştirakçılarının fikrincə, respublika hakimiyyəti belə bir qanun qəbul etməməlidir, çünki bu, xarici dövlətlərin qrantları hesabına mövcud olan bir çox təşkilatların fəaliyyətini məhdudlaşdıracaq. Etirazçılara müxalifət partiyalarının nümayəndələri də qoşulub. Yürüşün keçirildiyi Rustaveli prospekti ilə avtomobillərin hərəkəti kəsilib. Polis əməkdaşları asayişi qoruyur.

Bazar ertəsi parlamentin bürosu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə “xarici agentlər” haqqında qanun layihəsini qeydə alıb. Qanun layihəsi fiziki şəxslərə şamil edilmir, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslərə və KİV-lərə şamil edilir. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq. Gürcüstanın Ədliyyə Nazirliyinin nəzdində xaricdən maliyyələşən təşkilatların xüsusi reyestri də yaradılacaq.

2023-cü il martın 7 və 8-də Tbilisidə parlamentin “xarici agentlər” haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə insan etiraz aksiyası keçirdi. Qanun layihəsinin qəbulu bu təşəbbüsün Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsinə maneə ola biləcəyindən narahat olan avropalı siyasətçilər və müxalifət nümayəndələri tərəfindən qarşı çıxdı.

Aksiya zamanı polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Martın 9-da səhər saatlarında paytaxtda keçirilən etiraz aksiyalarından sonra hakim partiya qanun layihəsini geri götürmək qərarına gəlib və martın 10-da deputatlar bu təşəbbüsün əleyhinə səs veriblər. Bundan sonra partiya liderləri əmin etdilər ki, belə bir qanun layihəsini yenidən gündəmə gətirmək niyyətində deyillər. 2023-cü ilin sonunda Aİ Gürcüstana namizəd statusu verdi və Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq üçün gələcək addımları müəyyən etdi.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
15
Mənbələr
Şərh ()
Bağla