AZ

“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”

“Və bizə elə gəlir ki, son Əliyev-Putin danışıqların da əsas predmeti məhz  Zəngəzur dəhlizinin işləməsi idi..."
 
“Zəngəzur dəhlizi işləməlidir. Mütləq işləməlidir. Bu dəhlizin işləməsində Rusiyanın və Türkiyənin iqtisadi marağı daha çoxdur. İkinci Qarabağ müharibəsinin geo-siyasi məqsədi də elə bu dəhlizin işləməsi ilə bağlı idi. Əgər 10 noyabr üçtərəfli razılaşmasını diqqətlə oxusanız, görərsiniz ki, Azərbaycanın tranzit yollarının işləməsi əsas götürülür və anklavlar arasında yolların açılması da burada öz əksini tapmışdır”.
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında "Zəngəzur yolu ilə bağlı proseslərin sonunu necə görürsüz?” sualını cavablandırarkən belə söyləyib.
 
 “Zəngəzur dəhlizinin işləməsinə maneə ola bilən yeganə ölkə İran idi. Çünki  Zəngəzur dəhlizi onun Ermənistanla yolunu bağlayırdı. İranı Rusiya da, Türkiyə də sakitləşdirə bilmirdi. Azərbaycan-İran münasibətləri müharibə həddinə çatmışdı.  Eyni zamanda Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi. Çin və Qazaxıstan Ukrayna müharibəsi nəticəsində bağlanmış  tranzit yollarının istiqamətini Azərbaycana, oradan İrana dəyişdirməklə İranın aqressiv ritorikasını dayandırdılar.  Belə ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Azərbaycana səfəri zamanı  Çindən gələn qatarı Azərbaycanda qəbul edib, İrana yola saldı. Diqqətlə xəritəni öyrənsəniz, görərsiniz ki, bu dəhlizin işləməsi Çin, Qazaxıstan və İranın  xeyrinə idi. Rusiya və Türkiyə isə kənarda  qalmışdı. Ermənistana gəldikdə, ermənilər İranla bağlı bütün ümidlərini itirdilər. İranın Ermənistan tərəfində Azərbaycana qarşı müharibə edəcəyi fikirləri heçə döndü”,- deyə davamında şərhçi bildirib. 
 
Həmsöhbətimiz hesab edir ki, Zəngəzur yolunun açılamasında ən çox marağı olan Rusiyadır.
 
“İkinci  Qarabağ müharibəsinə sanksiya verən Rusiyanın  məqsədi Zəngəzur tranzitinin işləməsi idi. Odur ki, Rusiya Prezidenti Vladimir Putin  Prezident İlham Əliyevi yenə də Moskvaya dəvət etdi. Və bizə elə gəlir ki, son danışıqların da əsas predmeti məhz  Zəngəzur dəhlizinin işləməsi idi. Bu görüş inam verir ki, tezliklə bu  dəhlizin işlənməsi işində də Rusiya  Azərbaycana dəstək olacaq. Bura hələ Türkiyəni də əlavə etsək, görərik ki, Çin, Qazaxıstan, İran, Türkiyə, Rusiya da  Zəngəzurun işləməsi üçün əllərindən gələni edəcəklər. Eyni zamanda  Moskva səfərindən sonra dünyaya bəlli oldu ki, Azərbaycanda keçən bütün tranzit yolların açarı Azərbaycan Prezidentinin əlindədir”, - deyə analitik diqqətə çatdırıb.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
moderator.az

10Mənbələr