AZ

Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 manat) və 5 000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
 
“Qafqazinfo” xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub.
 
Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
15
moderator.az

10Mənbələr