AZ

Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 manat) və 5 000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. “Qafqazinfo” xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub.

 

Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 1 May 2024, 11:51   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
15
pravda.az

10Mənbələr