AZ

Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 manat) və 5 000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub.

Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
15
konkret.az

10Mənbələr