Fransada məhbusların sayı rekord həddə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Ədliyyə Nazirliyinin yaydığı hesabata istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu il aprelin 1-nə ölkədə məhkumların sayı 77,4 min nəfərə çatıb. Bu, ötən illə müqayisədə 4,3 min nəfər çoxdur.
“Bəzi həbsxanalar 200 % doludur. Bu isə yerdə yatmağa məcbur olanların sayının kəskin artması deməkdir”, - məlumatda bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.