AZ

İmişlidə qəza: Xəsarət alanlar var

İmişli şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi​ baş verib.

“Report”un məlumatına görə, VAZ-213 markalı minik avtomobili və VAZ-219 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlar 1964-ci il təvəllüdlü Cavid Ağamalı oğlu Həmzəyev, 1983-cü il təvəllüdlü Rəşad İlham oğlu Cabarlı, 1981-ci il təvəllüdlü Ruhəngiz Xəlil qızı Musayeva, 218-ci il təvəllüdlü İsmayıl Niyamədin oğlu Musayev və 1985-ci il təvəllüdlü Elçin Ağaxan oğlu Hüseynovdur.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
6
Mənbələr
Şərh ()
Bağla