AZ

İnanıram ki, "Cığır" dövlətimiz tərəfdən də öz layiqli qiymətini alacaq - Ramin Məmmədov

"Müasir dövrün tanınmış tarixi romançısı, kifayət qədər bədii tarixi əsərlərin müəllifi, yazıçı-publisist Yunus Oğuzun kitablarını oxuduqca, onun bu sahədə özünəməxsus yer tutduğu danılmaz fakt kimi yaddaşımda yer alır.

Bu yaxınlarda Yunus müəllimin "Cığır" adlı tarixi romanını məmnunluqla oxumuşam."  Bu sözləri  Olaylar.az-a  Birinci Qarabağ müharibəsi veteranı,  yazıçı-publisist  Ramin Məmmədov  Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib: 
"İlk növbədə diqqətimi çəkən o oldu ki, əsər haqqında Nizami Cəfərov, Azər Turan kimi görkəmli alimlər, tənqidçi-ədəbiyyatşünaslar, filologiya elmləri üzrə fəlsəfə doktoru, söz sərrafı Elnarə Qaragözova və başqa nüfuzlu qələm sahibləri yüksək fikir söyləyiblər. 

Hesab edirəm ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri aşkarlamaqda, öyrənməkdə bu gün bizə M.S.Ordubadinin, Y.V.Çəmənzəminlinin, Ö.F.Nemanzadənin və başqa ədiblərimizin əsərləri kömək etdiyi kimi, Yunus Oğuzun "Cığır" romanı da yüzillər sonrakı nəsillərə bizim zəmanədə baş vermiş erməni vandalizmini, bədnam qonşularımızın xalqımıza qarşı həyata keçirdiyi soyqırım, işğalçılıq... aktlarını, siyasətini öyrənməkdə, təbliğ etməkdə tutarlı mənbə və uğurlu nəşr rolunu oynayacaqdır. 

Yunus müəllimin əsərlərinin, xüsusilə də "Cığır" romanının üstünlükləri çoxdur. İlk növbədə diqqəti çəkən odur ki, müəllif əsəri qələmə almazdan öncə, necə deyərlər, zəhmət çəkir, ciddi araşdırma aparır və hadisələri, faktları dəqiq öyrənir, ona görə də mövzu üzrə oxucu üçün qaranlıq yer qalmır. Xeyli sayda tarixi simaların adlarının çəkildiyi, müxtəlif dəlillərin, hadisələrin bədii obrazlarla təqdim edildiyi "Cığır"da haşiyələrin çıxılması da ayrı-ayrı dövrlərdə yaşamış məşhur şəxslərin, maraqlı nümunələrin zaman və məkan baxımından mənimsənilməsi üzrə yaxşı yanaşmadır.

Kitabın məziyyətlərindən biri kimi qeyd etmək yerinə düşər ki, müəllif əsəri sadə xalq dilində işlədilən sözlərdən daha çox istifadə etməklə və bütün təbəqəli oxucular üçün başa düşülən üslubda qələmə almışdır. Toplunu mütaliə etdikcə, səhifələri oxuyub vərəqləri bir-bir aşırdıqca, elə təsəvvür yaranır ki, sanki müəllif öz oxucusu ilə üz-üzə oturub hadisələri səmimi, səbrlə nağıl edir.

O, oxucusunu yormur, intizarda saxlamır. 

Erməni vəhşiliklərinin təşkilatçılarının, Ermənistana müasir dövrdə rəhbərlik edənlərin və başqa daşnak canilərinin məkrli niyyətləri, çirkin məqsədləri, məşəqqətli cinayətləri də "Cığır"da layiqincə izlənilir və ustalıqla göstərilir.

Bir çox mühüm hadisələrə olduğu kimi, Tovuz döyüşlərinə, bu döyüşlərin əsas qəhrəmanı, şəhid general-mayor Polad Həşimova romanda çoxsaylı səhifələrin ayrılması da əsərin ciddiliyindən xədər verir.

Düşünürəm ki, belə bir sanballı, şöhrətli bədii əsər, özü də ən aktual məsələni, Qarabağ müharibələrinin, digər taleyüklü problemlərimizin  sənədli bədii vasitələrlə və peşəkarlıqla təsvir olunmuş kitab dövlətimiz tərəfdən də öz layiqli qiymətini alacaqdır."

Seçilən
82
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21522
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19386
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18306
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17740
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17054
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16892
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16147
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15593
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12082
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9550
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8551
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8035
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7581
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7219
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6432
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799