AZ

Yunus Oğuzun “Cığır”ı...

"İctimaiyyətin 90-cı illərdən etibarən daha çox (və haqlı olaraq) ictimai-siyasi xadim kimi tanıdığı Yunus Oğuzun fəlsəfəçi və ədəbiyyatçı yönü mənə elə 90-cı illərdən tanışdır. Yunus bəyin ilk bədii əsəri "Qadın ulduzu" gün üzü görüncə almışdım və zövqünə güvəndiyim şair qardaşım Hamlet Kazımoğlu (1970-2021) həmin kitabı məndən öncə oxuyub, öz yüksək sözlərini söyləmişdi. Sonralar Yunus bəy ictimai fikirdə başqa yaradıcılıq olayları ilə çıxış etdi - özü də, məhz "Olaylar" ad-sanı ilə. İş elə gətirdi, mən "Olaylar"ın daimi oxucusundan daimi yazarına çevrildim." Bu sözləri  Olaylar.az-a  Beynəlxalq "ALAŞ" Ədəbiyyat Mükafatı laureatı Əkbər QOŞALI Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib:  "Yunus bəylə qardaş məhəbbəti ilə doğmalaşdıq, ən müxtəlif mövzular üzrə fikir alış-verişində olduq, yol yoldaşı, deyə bilərəm, bir az da sirr yoldaşı olduq. Ona görə də, Yunus bəyin ard-arda çıxan tarixi romanları mənə öz doğmamın əsərləri kimi gəldi - necə deyərlər, qardaş məhəbbəti, doğmalığımız, fikir  yaxınlığımız o romanlara tənqid gözü ilə baxmağımı az qala mümkünsüz qıldı. Budur, tarixi romanlardan ən yeni tariximizin romanına uğurlu keçid edən Yunus Oğuz "Cığır"a adladı...

"Cığır"da mənim də adım keçir, mənə doğma insanların da... Və budur, Azərbaycan Atatürk Mərkəzi "Cığır" tarixi romanını Dövlət mükafatına təqdim edib. Atatürk Mərkəzi yaranan gündən orada çalışmışam, elmi əməkdaş, şöbə müdiri olmuşam. İndi mənə doğma elm-mədəniyyət ocağı, mənə doğma yazarın, mənim adım keçən əsərini Dövlət mükafatına təqdim edib. Duyğuludur, elə deyilmi? Qutlu olsun!
 
Şanlı Azərbaycan ordusunun misilsiz hünərinin, fədakarlığının bədii boyalar və faktlar işığında təbliğ-tərənnüm olunduğu roman, sanki bir salnamə təsiri bağışlayır. Deyərlər, əsl şair, yazıçı gərək öz dövrünün salnaməçisi (də) ola bilsin...
Əziz Şuşanın işğaldan qurtuluşu özü başlı-başına bir epopeyadır. - Yunus bəy bu romanda Şuşanı həm bir Mədəniyyət paytaxtı olaraq, həm də milli-mədəni iqlimimizin və ruh gücümüzün simvolu olaraq xarakterizə edə bilib. - "Cığır" Şuşanı dirçəliş ocağı olaraq, bir dönəmin qapanıb, yeni dönəm(lər)in açıldığı ünvan olaraq göstərir.
  
Yunus bəy "Cığır"la YOL salıb. Ustad Aşıq Veysəl necə deyirdi? - "Uzun, incə bir yoldayım"... Bəli, Yunus Oğuz uzun illərdir çıxdığı uzun, incə yolda daha bir bələn aşıb. Yol da, yolçuluq da sıradan olaylar deyil. Ümummilli liderin tarixi sözləri yada düşür: "Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir! "- Yunus Oğuzun tarixi romanı bütün əməli fəaliyət sahələrini əhatə edir, heç bir qayğımıza və uğurumuza biganə qalmır. 44 günlük Zəfərimizdən ilhamlanmış əsər, o Zəfərin açdığı yollara ayna tutur.  O yollar ki... ya dağıdılmışdı, ya yolsuzluğua cəlb olunmuşdu, ya da (daha öncələr) heç mövcud deyildi... Zəfərdən sonra Zəfər Yolu salındı; ümumiyyətcə, SSRİ dönəmində belə yola həsrət qalmış yerlərdən urvatlı yollar salınır, körpülər vurulur, tunellər qazılır, hava limanları, dəmir yolu və avtomobil vağzalları tikilir. Bax, Yunus Oğuzun usta qələmi bu infrastruktur layihələrinin görüntüsündən yox, mahiyyətindən söz açması ilə fərqlidir. "Cığır" yol olmuş, yola xidmət etmiş cığırların toplusudur. Belə əsərlərin əcdadın ruhunu şad edib, gələcək nəsillərə yol rəhbəri olduğuna inanıram. Belə əsərlər cığırı, yolu texniki, coğrafi termin olmaqdan çıxarır, böyüdür..."

Seçilən
86
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21100
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19323
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18260
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17655
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16830
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16651
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15506
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11974
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9096
"Zaur, yenə çaşdın..." - VİDEO
8871
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8306
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7996
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7504
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7154
Minimum əmək haqqı nə qədər arta bilər?
7086
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6354
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5763