AZ

YOL yaradan "Cığır"

"Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Cığır" romanı Şuşanın salınmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizə həsr olunmuş ilk romandır.

200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını qarış-qarış itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması, şübhəsiz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsidir. Bu gün də sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin yazılması çox vacibdir. Cənab Prezident İlham Əliyevin "Əziz  Şuşa, sən azadsan, Biz səni dirçəldəcəyik!" şuarından sonra əzəli Azərbaycan torpağı olan, mədəniyyətimizin beşiyi Şuşamızın tarixinin, ədəbiyyatının, incəsənətinin təbliği yönümündə atılan hər bir addımın tarixi əhəmiyyəti var." Bu sözləri  Olaylar.az-a   Cəfər Cabbarlı adına Respublika

Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib: 

"Və "Cığır" romanının bədii dəyərini, gələcəkdə dövlətimizin ali və orta məktəblərində, tarixi araşdırmaq üçün dəyərli dərslik olacağı mütləqdir və şübhəsiz ki, bu kitab dövlətimizin bütün kitabxanalarının rəflərini bəzəyəcəkdir.

Məlumdur ki, "Cığır" romanı Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın çətin bir dövrdə paytaxt üçün etibarlı bir yer axtarması, bu zaman qarşısına çıxan ağsaqqal Nəsrəddin kişi ilə məsləhətləşməsindən başlayır.

Görkəmli yazıçı "Çığır"la Şuşaya aparan yolu - Dəmir Yumruqla cığırı 44 gün ərzində Zəfər Yoluna çevirir. Torpaqlarımızın azad olunmasına aparan yolu çox gözəl izah və tərənnüm edir. 

Yunus Oğuzun "Çığır"  romanında 1750-ci il - Şuşanın təməlinin qoyulması, 1992-ci il - Şuşanın ermənilər tərəfindən işğal olunması və 2020-ci il - Şuşanın Ali Baş Komandanın apardığı möhtəşəm siyasət nəticəsində müzəffər ordu tərəfindən azad olunması öz əksini tapır.  

Roman Ali Baş Komandanın 2020-ci ilin 8 noyabrında dediyi tarixi sözlərlə bitir. "Əziz Şuşa, Sən Azadsan!", "Əziz Şuşa, Biz Qayıtdıq!". 

Yunus Oğuzun "Çığır"  romanının xarici dillərə tərcümə edilərək həmin ölkələrdə yayılması mühüm əhəmiyyət kəsb edir.                                                         

Həmçinin, Yunus Oğuzun "Cığır" romanı gənc nəslin vətənpərvər ruhda tərbiyəsi  və gənclərin vətənpərvər ruhda böyüməsi baxımından çox önəmlidir."

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21281
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19353
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18281
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17691
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16917
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16757
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16109
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15546
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12034
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9318
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8413
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8013
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7541
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7186
Minimum əmək haqqı nə qədər arta bilər?
7095
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6387
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777