AZ

“Ukrayna ilin sonunda əks-hücuma keçə bilər” - “Çətin ki, Rusiya daha böyük əməliyyat keçirə bilsin”

Hamı yayda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunu gözləyərkən, ABŞ-nin məşhur Müharibə araşdırmaları İnstitutu(ISW) bir qədər fərqli proqnozla çıxış edib.“AzPolitika” xəbər verir ki, ABŞ institutunun proqnozuna əsasən, Ukrayna qoşunları Qərb silahları ilə yaxşı təchiz olunarsa, planlaşdırılan yay hücum əməliyyatı zamanı rusların əhəmiyyətli irəliləyişlərinin qarşısını ala biləcəklər. Ekspertlərin rəyinə görə, çətin ki, Rusiya bu yay əvvəlkilərdən daha böyük əməliyyat keçirə bilsin: “Ruslar Ukrayna Silahlı Qüvvələrinə daimi və artan təzyiq göstərmək üçün tez-tez texnika və canlı qüvvədəki say üstünlüyünə arxalanır və Ukrayna ordusunun verə bilməyəcəyi itkiləri qəbul edirlər. Eyni zamanda, Rusiya qoşunları hələ də irimiqyaslı taktiki səhvlərdən əziyyət çəkir, Ukrayna qoşunları bundan istifadə edə biləcəklər. Ukrayna çox güman ki, yaxın aylarda cəbhə xəttini sabitləşdirəcək və 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində məhdud əks-hücum əməliyyatlarına başlaya biləcək”.“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
47
Mənbələr
Şərh ()
Bağla