AZ

COP29 sülh prosesinin nəticəsidir

Azərbaycanın ev sahibliyi etdi hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirilən çağırışlarla diqqətdə olur. Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum bu baxımdan hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ölkə Prezidenti forumda çıxış etməklə yanaşı, iştirakçıların çoxsaylı suallarını cavablandırdı. “COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur: “Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər.” Cənab İlham Əliyev bu məqamı böyük qürur hissi ilə bildirdi ki, neft hasil edən ölkə COP-a sədrlik edir. Bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik: “Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk.”COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir. Sərhədlər delimitasiya olunmalıdır. Lakin, eyni zamanda, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq.
Dövlət başçısı İlham Əliyev aprelin 24-də ölkəmizdə səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında da münasibətlərin gələcəyi ilə bağlı fikirlərini səsləndirdilər. İmzalanan sənədlərin hər biri münasibətlərdə yeni səhifənin açılmasına xidmət edir. Belə ki, səfər çərçivəsində 18 sənəd imzalandı. “Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik” bildirən cənab İlham Əliyev diqqəti hədəflərə yönəltdi. Vurğuladı ki, ikitərəfli əməkdaşlıq formatından çox danışmaq olar. Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırlamamaq mümkün deyil. Prezidentlər, həmçinin səfər çərçivəsində qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışında iştirak etdilər. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir: “Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Deməliyəm ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.”
Cənab İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri də ikitərəfli əlaqələrimizin uğurlu inkişafının göstəricisidir. “Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir” bildirən dövlət başçısı İlham Əliyev inamla vurğuladı ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Cənab İlham Əliyev hər bir çıxışında diqqəti Azərbaycanın tarixi Zəfərinə, ölkəmizin regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün Ermənistana etdiyi sülh təklifinə yönəldir. Ölkə Prezidenti keçirilən mətbuat konfransında bu reallıqları diqqətə çatdırdı ki, Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur: “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk.”
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olaraq regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini istəyir və Ermənistana təklif etdiyi sülh müqaviləsi də bunun bariz nümunəsidir.Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7971
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5220
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5013
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4752
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4533
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3747
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3068
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2762
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2759
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2696
Sabah 20 dərəcə isti olacaq
2638
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2276
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2236
Röyanın biabırçı videosu yayıldı
2144
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2088
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2051
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1822
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1704
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1603