AZ

Berlin mövcud sülh gündəliyini bəyənir - RƏY

Bakı Almaniyanın Ermənistan-Azərbaycan danışıqlar prosesinə yanaşmasından məmnundur  Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib. Səfər bir çox baxımdan diqqət çəkir. Ölkə başçısı Almaniyaya Füzuli şəhərindən gəlib. Yəni Prezident ilk dəfədir, işğaldan azad edilmiş Qarabağdan hansısa bir ölkəyə səfər edir. Təbii ki, bu məqam diqqət çəksə də, verilən əsas mesaj başqadır. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli yenidənqurma və bərpa prosesi gedir. Artıq əraziyə xarici ölkə başçıları, rəsmilər, ekspertlər, media nümayəndələri səfər edir. Sonuncu dəfə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Ağdam, Füzuli şəhərlərində olub. Dövlət başçısı məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz olduğunun, bu ərazilərə investisiya cəlb edilə biləcəyinin mesajını verir. Rəsmi Bakının onsuz da işğaldan azad edilən ərazilərə investisiya, xarici şirkətlərin cəlb edilməsinə dair iqtisadi konsepsiyası var. Lakin bununla belə, ölkənin birinci şəxsinin xarici ölkəyə səfərini bu ərazidən etməsi təhlükəsizlik baxımdan ən böyük qarant hesab edilə bilər.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, rəsmi Bakı işğaldan azad edilən əraziləri “yaşıl enerji zonasına” çevirmək istəyir. Ekspertin sözlərinə görə, bu istiqamətdə ardıcıl işlər görülür: "Bununla belə, xarici investisiya və şirkətlərin cəlbinə ehtiyac var. Bu mənada ölkə başçısının Almaniya səfərinin əsas məqsədlərindən biri bu istiqamətdə ola bilər. Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də Berlinlə Bakı arasında iqtisadi əlaqələrin genişlənəcəyi mesajını vermişdi. Həmin görüşdə Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxil idi. Bu şirkətlərin Azərbaycana gəlməsi də məhz ölkə başçısının son illərdə qurduğu təmasların nəticəsi idi. Dövlət başçısı son illərdə xüsusilə alman iş adamları ilə bir araya gəlir və onların ölkəmizə investisiya və iqtisadi layihələrin cəlbi istiqamətdə çalışırdı. Münhen görüşü buna misal ola bilər. Mümkündür ki, ölkə başçısı Almaniyaya səfəri zamanı alman iş adamları ilə də bir araya gəlsin. Yəni İlham Əliyev həm də qarşıdan gələn COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi Almaniyadadır. Səfər zamanı COP29 üçün istiqamətlər müəyyən ediləcək. Təbii ki, səfərin siyasi tərəfləri də var. Bakı Fransadan fərqli olaraq Almaniyanın Ermənistan-Azərbaycan danışıqlar prosesinə verdiyi töhfədən, habelə yanaşmasından məmnundur. Berlinlə mövcud sülh gündəliyi, əldə edilən razılıqlar, habelə Cənubi Qafqazda sülhdən sonra iqtisadi layihələrlə bağlı müzakirələr getdiyi şübhəsizdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13762
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11074
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9103
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2963
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2503
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2225
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2124
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2075
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1549
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1057
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
755
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
678
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
657
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
656
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
613
Arda Gülər dayanmır, yenə fərqləndi -
586