AZ

İsveç parlamenti əsgərlərin sayını artırmağı tövsiyə etdi

İsveç Parlamentinin Müdafiə Komitəsi öz hesabatında ölkənin illik müdafiə xərclərini və əsgərlərin sayını artırmağı tövsiyə edib.

“Qafqazinfo” xəbər verir ki, komitə ölkənin NATO-ya üzvlüyündən sonra müdafiə ilə bağlı tövsiyə hesabatı dərc edib.

Hesabatda İsveçin illik müdafiə xərclərinin 2030-cu ilə qədər təxminən 5 milyard dollar artırılması nəzərdə tutulub.

Həmçinin silah altında olan əsgərlərin sayının 2032-ci ilə qədər təqribən 8 mindən 12 minə çatdırılması vacibliyi bildirilib.

PUA təhlükələrinə qarşı hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və raketlərin alınması da prioritetlər siyahısında yer alıb.

“İsveç və ya onun müttəfiqlərinə qarşı hücum qaçılmazdır”, - deyə, hesabata daxil edilən bəyanatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
Mənbələr
Şərh ()
Bağla